ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp müsəlaman seçicilərin səsini almaq üçün diqqətçəkən bəyanat yayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, 250 minndən çox müsəlman seçicinin yaşadığı Miçiqandan rekord sayda dəstək aldığını iddia edib.
Tramp bildirib ki, Miçiqan ştatında rekord sayda müsəlman və ərəb seçici ona dəstək verir: "ABŞ siyasi tarixində ən böyük və ən geniş koalisiya qurmuşam. Bura Miçiqanda sülh istəyən rekord sayda ərəb və müsəlman seçici də daxildir. Müsəlmanlar dəqiq bilir ki, Harris seçilsə və komandası hakimiyyətdə qalsa, Yaxın Şərqi işğal edəcəklər, milyonlarla müsəlman öldürüləcək və III Dünya Müharibəsi başlayacaq".
Lamiyə Əhmədli
MİA.AZ