AZ

Azərbaycan COP çərçivəsində Dini liderlərin daimi fəaliyyətdə olan Məşvərət Şurasının yaradılmasını təklif edib

Bakı. Trend:

BMT-nin COP çərçivəsi nəzdində Dini liderlərin daimi fəaliyyətdəolan Məşvərət Şurasının yaradılmasını təklif edirik.

Trend-in məlumatına görə,bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Diniliderlərin Qlobal Bakı Sammitində deyib.

"COP29 çərçivəsində bəşəriyyətin gələcəyi naminə Azərbaycanınirəli sürdüyü mühüm təşəbbüslərdən biri də Qlobal atəşkəstəşəbbüsüdür və mən dünyamızın xilası, övladlarımızın gələcəyinaminə bütün dini liderləri bu təşəbbüsə dəstəyimizi ifadə etməyəçağırıram.

Bu məramla, BMT-nin COP çərçivəsi nəzdində Dini liderlərin daimifəaliyyətdə olan Məşvərət Şurasının yaradılmasını da təklif edirik.Belə bir qurum COP sessiyaları arası müddətdə ictimai əhəmiyyətlisəmərəli layihələr həyata keçirə, din və ekoloji etika mövzusundamaarifləndirici tədbirlər, ədəbiyyat nümunələri hazırlayabilər.

Əminəm ki, COP 29 Bakı sammitində dini platformanın təklifinətəqdirlə yanaşılacaq və Sammitimizin Yekun sənədində dünya diniliderlərinin müdrik fikir və səmərəli tövsiyələri dövlət vəictimaiyyət xadimlərinin bu istiqamətdə səylərinə mənəvi dəstək vədəyərli töhfə olacaq", - o qeyd edib.

Qeyd edək ki, Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlimDəyişikliyi Konfransı (COP 29) çərçivəsində AzərbaycanRespublikasının Ekologiya və Təbii sərvətlər Nazirliyi, Diniqurumlarla iş üzrə Dövlət Komitəsi, Beynəlxalq Müsəlman AğsaqqallarŞurası, Qafqaz Müsəlmanları İdarəsi və BMT-nin Ətraf mühit Proqramıtərəfindən Dini Liderlərin Qlobal Bakı Sammiti keçirilir.

Sammitdə 30-a yaxın dünya və ənənəvi dinlərin liderləri, nüfuzludini mərkəzlərin başçıları - Patriarxlar, Vatikan və Əl-Əzhərrəsmiləri, müxtəlif qitələri, konfessiyaları təmsil edən və dünyamiqyasında tanınmış görkəmli din və ictimaiyyət xadimləri,ümumilikdə 55 ölkəni və 30 beynəlxalq təşkilatı təmsil edən dövlət,elm və din xadimləri, həmçinin, KİV nümayəndələrinin iştirakınəzərdə tutulur.

Seçilən
28
20
az.trend.az

10Mənbələr