AZ

Dünya dini liderlərinin qlobal Bakı Sammiti sülhün qorunmasına xidmət edir - İslam Məsələləri üzrə Ali Şuranın sədri

Bakı. Trend:

Dünya dini liderlərinin qlobal Bakı Sammiti cəmiyyətlər arasındaəlaqələrin gücləndirilməsinə, sülhün və əmin-amanlığın qorunmasınaxidmət edir. Dünyanın bütün dinlərində ətraf mühitə dəyər olduqcavacib yer tutur.

Trend xəbər verir ki, busözləri Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası(COP29) çərçivəsində noyabrın 5-də keçirilən "Dünya dinləri yaşılplanet uğrunda" mövzusunda Dünya dini liderlərinin qlobal BakıSammitinin açılış mərasimində İslam Məsələləri üzrə Ali Şuranınsədri Abdulrahman Mohamed Raşad AlKhalifa deyib.

Xalqlar arasında əlaqələrin genişləndirilməsinin vacibliyinivurğulayan Ali Şuranın sədri qeyd edib:

“Təəssüf ki, bəzən dinlərdən fərqli xalqlar arasındaaqressiyanın yaradılması üçün istifadə edirlər. Biz birlikdə insandəyərlərinin qorunmasına çalışmalıyıq. Parlaq gələcəyə doğru dahaçox addımlar atmaq lazımdır. Ətraf mühitin qorunması İslam dinindəolduqca vacib amildir. Bütün bunlar, həmçinin insanların rifahınınyaxşılaşmasına zəmin yaradacaq”.

Qeyd edək ki, Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlimDəyişikliyi Konfransı (COP 29) çərçivəsində AzərbaycanRespublikasının Ekologiya və Təbii sərvətlər Nazirliyi, Diniqurumlarla iş üzrə Dövlət Komitəsi, Beynəlxalq Müsəlman AğsaqqallarŞurası, Qafqaz Müsəlmanları İdarəsi və BMT-nin Ətraf mühit Proqramıtərəfindən Dini Liderlərin Qlobal Bakı Sammiti keçirilir.

Sammitdə 30-a yaxın dünya və ənənəvi dinlərin liderləri, nüfuzludini mərkəzlərin başçıları - Patriarxlar, Vatikan və Əl-Əzhərrəsmiləri, müxtəlif qitələri, konfessiyaları təmsil edən və dünyamiqyasında tanınmış görkəmli din və ictimaiyyət xadimləri,ümumilikdə 55 ölkəni və 30 beynəlxalq təşkilatı təmsil edən dövlət,elm və din xadimləri, həmçinin, KİV nümayəndələrinin iştirakınəzərdə tutulur.

Seçilən
36
az.trend.az

1Mənbələr