Ermənistan baş prokurorunun keçmiş müavini, 32 yaşlı Srbui Qalyan ədliyyə naziri vəzifəsinə təyin edilib.
Azpost.info xəbər verir ki, müvafiq sərəncamı Ermənistan prezidenti Vaaqn Xaçaturyan imzalayıb.
Bir gün əvvəl Qalyan baş prokurorun müavini vəzifəsindən azad edilib.
O, prokurorluqda qeyri-qanuni mənşəli əmlakın müsadirəsi üzrə şöbəyə rəhbərlik edirdi.
Srbui Qalyan 2019-cu ildə ədliyyə nazirinin müavini olub.
Azpost.info