AZ

Yeni GÖKSUR 100-N HHM sistemi ilk dəfə EURONAVAL sərgisində nümayiş etdirilir

Türkiyənin ASELSAN şirkəti GÖKSUR 100-N hava hücumundan müdafiə (HHM) sistemini ilk dəfə Fransanın Paris şəhərində keçirilən EURONAVAL sərgisində nümayiş etdirir.

“Poliqon” ASELSAN-a istinadən xəbər verir ki, şirkət tərəfindən hazırlanan GÖKSUR 100-N HHM sistemi dəniz platformalarında istifadə edilmək üçün nəzərdə tutulub.

GÖKSUR 100-N, IDEF-2023 sərgisində təqdim edilən GÖKSUR HHM sisteminin bir dəfəyə 20 raket buraxa bilən yeni versiyasıdır. Yeni HHM sistemi hava təhdidlərini zərərsizləşdirmək üçün GÖKSUR IIR raketlərindən istifadə edir. IIR başlıqlı bu raketlər ASELSAN şirkəti və TÜBİTAK SAGE mərkəzi tərəfindən dəniz platformalarının hava təhlükələrinə qarşı müdafiəsini təmin etmək üçün birgə hazırlanıb.

GÖKSUR 100-N HHM sistemi 360 dərəcə hədəfi məhvetmə qabiliyyətinə və əlverişsiz dəniz şəraitində qısa yerləşdirmə müddətinə, eləcə də yüksək effektivliyə və süni intellekt xüsusiyyətlərinə sahib qabaqcıl atəşi idarəetmə sisteminə malikdir. Artırılmış raket tutumu ilə GÖKSUR 100-N istifadəçiyə daha çox əməliyyat çevikliyi təklif edir və gəminin situasiya məlumatlılığını artırır.

Seçilən
27
poliqon.az

1Mənbələr