AZ

Küləkli hava şəraitinin nə vaxtadək davam edəcəyi açıqlanıb

Küləkli hava şəraiti noyabrın 6-sı səhər saatlarınadək davam edəcək.

Bu barədə Milli Hidrometrologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova məlumat verib.

Onun sözlərinə görə, hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin sürəti 14 m/s, Kəlbəcərdə 17 m/s, Şabranda 16 m/s, Şamaxı və Lerikdə 15 m/s təşkil edir:

"Bakıda və Abşeron yarımadasında, eləcə də bəzi bölgələrdə gündüz saatlarından etibarən küləyin güclənəcəyi, küləyin sürətinin 20.8-28.4 m/san təşkil edəcəyi gözlənilir. Bu da narıncı xəbərdarlığa uyğundur".

Xidmət rəsmisi bildirib ki, fəsadlardan qorunmaq üçün əhali hava haqqında verilən xəbərdarlıqları, hava proznozlarını diqqətlə izləməli, müvafiq təhlükəsizlik qaydalarına riayət etməli və ehtiyatlı davranmalıdır.
Seçilən
62
49
7news.az

10Mənbələr