AZ

Cavid Hüseynov Bayılda hansı düşərgədə olacaq?

“Səbail” yeni baş məşqçisi ilə bağlı qərar verməyib. Klubun Müşahidə Şurası tezliklə yığışıb namizədlər arasından seçimini etməlidir.

Futbolinfo.az xəbər verir ki, baş məşqçi postundan istefa verən Şahin Diniyevlə birlikdə köməkçiləri də klubdan ayrılıb. Bu səbəbdən komandanı məşqə çıxarmaq klubun U-19 komandasını çalışdıran Elvin Məmmədova tapşırılıb.

Klub rəhbərliyi namizədlərlə bağlı iclası tez keçirib növbəti turadək yeni baş məşqçini elan etmək istəyir. Noyabrın 9-da “Turan Tovuz”la Bayıldakı ev matçında Diniyevin xələfi iş başında olmalıdır.

Komandanın baş məşqçi postuna iki əsas namizəddən biri olan Cavid Hüseynov maraqlı vəziyyətlə üzləşib. O, hazırda tovuzluların məşqçilər korpusunda yer alır. Qərardan asılı olaraq, o, ya “Səbail”ə rəqib olaraq qalacaq, ya da sabiq komandasına qarşı yeni komandasının baş məşqçisi kimi çıxış edəcək.

Seçilən
16
futbolinfo.az

1Mənbələr