AZ

“İranda Azərbaycanın milli rəqsləri qadağan edilib” – İran mediası

Vətəninfo.az xəbər verir ki, Şərqi Azərbaycan əyalətinin Mədəniyyət və İslami İrşad İdarəsinin rəisi Məhəmmədhüseyn Bəlaği teatrlarda Azərbaycanın milli rəqslərinin qadağan edildiyini açıqlayıb.
Onun sözlərinə görə, teatrlarda sənət əsərləri çərçivəsində müxtəlif fəaliyyətlərə icazə verilir, ancaq Azərbaycan rəqslərinin nümayiş etdirilməsi mümkün deyil.
Bu qərar sənət adamları və mədəni fəalları tərəfindən geniş reaksiyalarla qarşılanıb və bəziləri bunu bölgənin mədəni kimliyinə təhlükə hesab edib.

Seçilən
11
1
veteninfo.az

2Mənbələr