“Əl-Hilal”ın hücumçusu Neymar Asiya Çempionlar Liqasının 4-cü turunda İranın “İstiqlal” klubu ilə matçda (3:0) zədələnib.
Publika.az xəbər verir ki, braziliyalı futbolçu 57-ci dəqiqədə əvəzetmədən oyuna daxil olub və 86-cı dəqiqədə ehtiyat oyunçular skamyasına qayıtmaq məcburiyyətində qalıb. Hücumlardan birində forvard sürətini artırmaq istəyib və bu zaman əzələsini dartıb.
Qeyd edək ki, oktyabrın 21-də Neymar ön çarpaz bağın cırılmasından 369 gün sonra meydana qayıdıb.