AZ

Gürcüstanda "erməni karuseli": Zurabişvilinin mesajı gərginliyi daha da artırdı

Gürcüstan Prezidenti Salome Zurabişvili bir neçə gün əvvəl son parlament seçkilərindəki saxtakarlıqları “erməni karuseli” adlandırıb. Ardınca o, sosial media hesabında Ermənistanın Lori vilayətininin tarixi Gürcüstan ərazisi kimi təqdim edildiyi bir turizm şirkətinin qeydini paylaşıb.

Hurriyyet.az xəbər verir ki, Zurabişvilinin son iki mesajı erməniləri hiddətləndirib.

Gürcüstanda yaşayan erməni jurnalist Eduard Ayvazyan Gürcüstan prezidentinin “erməni karuseli” ilə bağlı açıqlamasını “ehtiyatsızlıq” adlandırıb:

“Hesab edirəm ki, bu, ehtiyatsız bəyanatdır, qəsdən olduğunu düşünmürəm, amma prezidentin belə bir bəyanatla səhvə yol verməsi təəssüf doğurur. Onun turizm şirkətinin qeydi ilə bağlı paylaşımı da düzgün deyil, prezidentə yaraşmır”.

Ayvazyan Gürcüstanın ictimai-siyasi dairələrində bir-birlərini təhqir etmək istəyənlərin qarşı tərəfi “erməni” adlandırdıqlarını da söyləyib:

“Belə halların ictimai dairələrdə nəticələri ola bilər, məsələn, uğursuzluğa görə milli azlıqları günahlandırmağa başlayıblar. Hakimiyyət də eyni cür davranır, müxalifətçi Mamuka Xazaradzeni “erməni” adlandırır. Yəni hakimiyyətyönlü telekanalın jurnalisti Mamuka Xazaradzeni “erməni” adlandırıb”.

Gürcüstan prezidentinin məlum paylaşımında Lori ilə yanaşı, Taşir şəhərinin də tarixi Gürcüstan ərazisi olduğu bildirilir./Teleqraf.com/

Seçilən
9
1
hurriyyet.az

2Mənbələr