AZ

Azərbaycan millisinin üzvü "Sabah" və "Neftçi" arasında seçim edəcək? - Özü açıqladı

Ukraynanın "Polessye" klubunun üzvü Emil Mustafayevin karyerasını Azərbaycanda davam etdirmək şansı var. Bir müddət əvvəl 23 yaşlı yarımmüdafiəçinin adı "Neftçi" və "Sabah" klubları ilə hallanırdı.

Hazırkı klubu ilə müqaviləsi 2027-ci il iyunun 30-na qədər olan Mustafayev Sportal.az saytına açıqlamasında məsələ haqda bunları deyib:

"Bəli, bu xəbərləri oxuyurdum, tanışam. Amma "Neftçi" və "Sabah" məsələləri sadəcə şayiə səviyyəsində qaldı. Ondan başqa nəsə olmadı. Hər şeyi zaman göstərəcək. İndi mən "Polessye" klubuna məxsusam və hazırda yalnız bu kluba fokuslanmışam".

2001-ci il Ukraynanın Kirovoqrad şəhərində dünyaya gələn Emil "Aleksandriya"nın yetirməsidir. O, 2023-cü il iyulun 1-də "Polessye" ilə 4 illik müqavilə imzalayıb.

Mustafayev 2024-cü il martın 22-də isə Azərbaycan millisində rəsmi debüt edib.

saytlarin hazirlanmasi

Seçilən
34
sportal.az

1Mənbələr