AZ

Allahşükür Paşazadə Dini liderlərin daimi fəaliyyətdə olan Məşvərət Şurasının yaradılmasını təklif edib

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə BMT-nin COP çərçivəsi nəzdində Dini liderlərin daimi fəaliyyətdə olan Məşvərət Şurasının yaradılmasını təklif edib...

“Report”un məlumatına görə, bu təkliflə QMİ sədri COP29 çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitində çıxış edib.

O, COP29 çərçivəsində bəşəriyyətin gələcəyi naminə Azərbaycanın irəli sürdüyü mühüm təşəbbüslərdən birinin Qlobal atəşkəs təşəbbüsü olduğunu və dünyanın xilası və gələcəyi naminə bütün dini liderləri bu təşəbbüsə dəstək olmalarına çağırış edib:

“Bu məramla, BMT-nin COP çərçivəsi nəzdində Dini liderlərin daimi fəaliyyətdə olan Məşvərət Şurasının yaradılmasını da təklif edirik. Belə bir qurum COP sessiyaları arası müddətdə ictimai əhəmiyyətli səmərəli layihələr həyata keçirə, din və ekoloji etika mövzusunda maarifləndirici tədbirlər, ədəbiyyat nümunələri hazırlaya bilər. Əminəm ki, COP 29 Bakı sammitində dini platformanın təklifinə təqdirlə yanaşılacaq və Sammitimizin Yekun sənədində dünya dini liderlərinin müdrik fikir və səmərəli tövsiyələri dövlət və ictimaiyyət xadimlərinin bu istiqamətdə səylərinə mənəvi dəstək və dəyərli töhfə olacaq”.

Poliqon.info 

Seçilən
16
20
poliqon.info

10Mənbələr