“Ermənistan sülh sazişinin tam razılaşdırılması üçün təkliflər paketini Azərbaycana göndərib”.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan deyib.
“Biz son təkliflər paketini göndərmişik, cavab gözləyirik”, - deyə nazir müavini qeyd edib.
Xatırladaq ki, bundan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla saziş imzalamaq üçün “bir-iki məqam”ın razılaşdırılmalı olduğunu bildirmiş, İrəvan və Bakının bu məsələlərdə razılığa gələ biləcəyinə ümid etdiyini söyləmişdi.