AZ

İspaniyada sel fəlakətinin fəsadları aradan qaldırılıb

Oktyabrın 29-da İspaniyada başlayan, ölkənin şərq və cənub bölgələrini təsir edən şiddətli yağışların ardından Valensiya başda olmaqla bütün zərər çəkmiş bölgələrdəfəsadların aradan qaldırılması üçün işlər aparılır. 

Bakıvaxtı.az xəbər verir ki, İspaniyada "əsrin fəlakəti" olaraq xarakterizə edilən və 217 nəfərin ölümünə səbəb olan sel fəlakətində axtarış-xilasetmə işləri davam edir.

Valensiya bölgəsinin təxminən yarısına yaxın rayonlarında, xüsusilə də seldən ən çox zərər çəkən Paiporta, Bonaire, Çiva, Sedavi və Alfafarda evlərin, mağazaların və küçələrin palçıq və zibildən təmizlənməsi, zədələnmiş avtomobillərin çıxarılması davam edir.

Hazırda bölgədə 17 min polis, jandarma, hərbçi və mülki müdafiə işçisi çalışır.

Əli Hüseynov

Seçilən
23
bakivaxti.az

1Mənbələr