"Azərbaycanın son iki əsrdə üzləşdiyi bəlaların, faciələrin əsas icraçıları ermənilər olub". "Olayar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili deyib: "Çar Rusiyasının təşəbbüsü ilə müxtəlif ölkələrdən Qarabağa köçürülən ermənilər onlara "hədiyyə" verilən torpaqlarla razılaşmadılar, daha münbit, zəngin yerlərə iddia etdilər. Onlar İrəvanı, Qərbi Zəngəzuru, Naxçıvanı, Qarabağın dağlıq hissələrini də öz ərazilərinə qatmaq üçün gecə-gündüz çalışdılar, hiyləgər planlar qurdular. Erməni qəsbkarları 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirdilər. 1918-1920-ci illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qaldı. 31 Martsoyqırımı xalqımızın yaddaşında ən faciəli hadisə olaraq qalıb, etnik təmizləmə sonrakı illərdə də davam etmişdir. 1988-ci ilə qədər 200 mindən çox azərbaycanlı öz tarixi torpaqlarından qovuldu, didərgin salındı. "Dənizdən-dənizə böyük Ermənistan" adlı sərsəm xülyalarını gerçəkləşdirmək üçün 1988-ci ildən başlayaraq Azərbaycana qarşı separatizm cinayətləri həyata keçirən ermənilər on minlərlə vətəndaşımızı qətlə yetirmiş, torpaqlarımızın 20 faizini işğal edərək şəhər, rayon və kəndlərimizi xarabaxanaya çevirmişlər".Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31