AZ

Strateji Planlama şöbəsinin mütəxəssisi/baş mütəxəssisi - VAKANSİYA

"Xalq Bank" ASC, Maliyyə İdarəsinin Strateji Planlama şöbəsinin mütəxəssisi / baş mütəxəssisi vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:

Vəzifə öhdəlikləri:

  • Bazar xüsusiyyətlərini və trendləri (bazar seqmentləri, artım templəri, inkişaf istiqamətləri, rəqabət üstünlüyü və s.) təhlil etmək, bankın strateji inkişaf istiqamətini və tövsiyyələrini formalaşdırmaq,
  • Bankın strategiyasından irəli gələn strateji təşəbbüsləri müəyyən etmək, strateji planı hazırlamaq və rəhbərliyə təqdim etmək,
  • Bankda Strateji təşəbbüslərinin icra səmərəliliyinin artırılması və icra zamanı müəyyən edilən maneələrin, çətinliklərin aradan qaldırılması istiqamətində tədbirlər görmək,
  • Bankın strategiyasından irəli gələn Strateji hədəfləri mütəmadi olaraq təhlil etmək, onların yenilənməsi ilə bağlı təkliflər hazırlamaq,
  • Strateji hədəfləri Bankın müvafiq strukturlarının əsas fəaliyyət göstəriciləri (“KPI”) ilə əlaqələndirmək və zəruri təhlillər aparmaq,
  • Strateji təşəbbüslərin icrasının monitorinqini və qiymətləndirilməsini aparmaq,
  • Şöbənin fəaliyyətinin nəticələri barədə müvafiq hesabatlar və təqdimatlar hazırlamaq.

Tələblər:

  • Biznesin İdarə Edilməsi/İqtisadiyyat/Maliyyə üzrə magistr təhsili;
  • Strateji planlama sahəsində və ya Bankın əlaqəli struktur bölmələrində iş təcrübəsi;
  • Ofis proqramları üzrə sərbəst işləmək bacarığı (xüsusilə Power Point və MS Excel);
  • İdarəetmə, iqtisadi və maliyyə sahəsində bilik və bacarıqlar;
  • Xarici dil biliyi (xüsusilə İngilis dili) – orta səviyyədə;
  • Strateji və analitik düşünmə;
  • Komunikasiya və təqdimat bacarıqları;
  • Komanda ilə işləmək bacarığı.

CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz. 

Zemfira Ms
Fins.az

Seçilən
15
fins.az

1Mənbələr