“Norveç təmsilçisi ilə matç “Qarabağ” üçün asan olmayacaq. Çünki “Bodo Qlimt” də yerli liqada liderdir".
Bu sözləri QOL.az-a açıqlamasında türkiyəli mütəxəssis Naci Şensoy “Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsinin 4-cü turunda "Bodo Qlimt”lə (Norveç) keçiriləcək səfər oyunu ilə bağlı danışarkən deyib.
"Turan Tovuz"un sabiq baş məşqçisi bildirib ki, Ağdam klubu standart vəziyyətlərdə diqqətli olmalıdır. O, komandaların fərqli oyun sistemi ilə çıxış etdiyini də xatırladıb:
"İki ayrı futbol sisteminin matçı olacaq. “Bodo Qlimt” daha çox fiziki gücə yönəlmiş oyun sərgiləyir və duran toplardan qollar vurmağa çalışır. “Qarabağ” isə yerlə onayan, birinci bölgədən oyun quran və bütün meydanı ötürmələrlə qət etməyə çalışan, texnikalı və yaradıcı futbol oynayan komandadır. Maraqlı bir oyun olacaq. “Qarabağ” standart vəziyyətlərdə diqqətli olsa, qalib gələcək. Buna ümid edirəm”.
Xatırladaq ki, "Bodo Qlimt" - "Qarabağ" matçı noyabrın 7-si keçiriləcək və Bakı vaxtı ilə saat 21:45-də başlanacaq.