AZ

Apellyasiya Məhkəməsi Fərid Mehralızadənin avtomobilinə qoyulmuş həbsi aradan qaldırmayıb

Noyabrın 4-də Bakı Apellyasiya Məhkəməsində iqtisadçı Fərid Mehralızadənin (“Abzas Media işi” üzrə həbs edilib) avtomobilinə həbs qoyulmasına  dair şikayətə baxılıb, vəkil Cavad Cavadov bildirib.

Onun sözlərinə görə, şikayət təmin olunmayıb və məhkəmə Mehralzadənin şəxsi avtomobilinə həbs qoyulması  ilə bağlı Xətai Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

İttiham tərəfi bildirir ki, o, avtomobili "cinayət yolu ilə" əldə etdiyi vəsaitlə alıb.

Mehralızadə bu iddianı rədd edir.

Müdafiə tərəfi sənədlər təqdim edib ki, Mehralızadə kommersiya bankında şöbə müdiri olarkən 3 il ərzində hər il 50 manat gəlir əldə edib, gömrük rəsmiləşdirilməsiilə maşının qiyməti isə 20 min manatdan çox olmayıb.

İqtisadçının xanımı Nərgiz Muxtarova da apellyasiya  verərək bildirib ki, avtomobil birgə nikah zamanı alınıb və onun şəxsi gəlirləri buna imkan verib.

* Mehralzadə iyunun 1-də qaçaqmalçılıq ittihamı ilə həbs edilib.

Sonradan ona qarşı  digər iqtisadi cinayətlərin törədilməsilə bağlı ittiham irəli sürülüb.

Sentyabrın 6-da Mehralizadənin həbs müddəti dekabrın 19-dək uzadılıb.

O, ittihamları rədd edir və uydurma hesab edir. Hüquq müdafiəçiləri Fərid Mehralızadəni siyasi məhbus kimi tanıyıblar.

Seçilən
27
turan.az

1Mənbələr