Hindistanda bir işçi Çhotu Catav Qvalior dəmir yolu stansiyası yaxınlığındakı binanın damında yıxılaraq 3 metal dirəyinin üzərinə düşüb.
Medianews.az Lenta.ru-ya istinadən xəbər verir ki, həkimlər 30 yaşlı kişini xilas edə biliblər.
O, təhlükəsizlik kəmərindən istifadə etsə də, kəmər gözlənilmədən açılıb. Kişi dayana bilməyib dirəyə yıxılıb. İşçinin sinəsi, böyürü və qolu deşilsə də, o, sağ qala bilib.
Həmkarları dərhal təcili yardım çağırıblar və zərərçəkən xəstəxanaya çatdırılıb.
İki saat yarım ərzində cərrahlar dairəvi mişarla metal dirəkləri kəsib, zərərçəkəndən parçaları çıxarıblar.
Onun vəziyyəti hazırda stabildir.