“Deutsche Bank” Türkiyə üçün inflyasiya gözləntilərini yüksəldib.
İndex.az xəbər verir ki, “Deutsche Bank” Türkiyədə açıqlanan son inflyasiya məlumatlarından sonra apardığı analizdə 2024-cü il üçün inflyasiya proqnozunu 44%-dən 45%-ə yüksəldib.
Bank bildirib ki, son məlumatlar 2024-cü ildə uçot dərəcəsinin azaldılması ehtimalını azaldır.
Bankın proqnozuna görə, yanvar ayından etibarən iqtisadi tənəzzül sona çatacaq.