ABŞ-nin qlobal aviasiya şirkəti "Boeing" işçilərinin tətili təxminən yeddi həftədən sonra əmək haqqının 38 faiz artırılması ilə başa çatıb.
"Operativ Media"nın məlumatına görə, Beynəlxalq Maşınçılar və Aviasiya İşçiləri Assosiasiyasının (IAM) verdiyi açıqlamada, "Boeing"in dörd il ərzində 38 faiz maaş artımını nəzərdə tutan son təklifinin dünən keçirilən səsvermədə yüzdə 59 səs çoxluğu ilə qəbul edildiyi ifadə edilib.
Sentyabrın 13-də tətilə çıxan 30 mindən çox "Boeing" işçisi şirkət və həmkarlar ittifaqının razılaşdırdığı 35 faiz artım təklifini qəbul etməmişdi.