AZ

BƏƏ nümayəndəsi: COP29-da iqlim dəyişikliyi ilə mübarizədə qətiyyətli addımlara keçmək vacibdir

COP29 iqlim konfransında iqlim dəyişikliyi ilə mübarizədə qətiyyətli addımlara keçmək lazımdır.

“Report” xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Tolerantlıq və Birgəyaşayış Nazirliyinin baş direktoru Afra Məhəməəd Həsən Eyssa Al Saabri Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitində panel müzakirələri zamanı deyib.

Onun sözlərinə görə, məhz tolerantlığı ilə tanınan Azərbaycanda iqlim dəyişikliyi problemlərinə aid məsələləri də müzakirə etmək imkanı var.

"COP29 konfransında biz sadəcə dəyişikliklər barədə düşünə bilmərik, bunu həm də hiss etməliyik. Bu, qəlblərimizin istəyinə çevrilməlidir, biz qətiyyətli addımlara keçməliyik", - baş direktor bildirib.

Seçilən
55
1
far.az

2Mənbələr