AZ

Azərbaycana qarşı qarayaxma kampaniyası aparan mərkəzlərin fəaliyyəti özlərinin ifşası ilə nəticələnir - Hikmət Babaoğlu

“Azərbaycanda COP29 tədbirinin təşkilatçılıq və həyata keçirilməsi işləri çox böyük uğur və müvəffəqiyyətlə davam edir. COP29-a qarşı müxtəlif islamafob, anti-Azərbaycan mərkəzlərdən həyata keçirilən anti-təbliğat kampaniyası baş tutmadı. Artıq tədbirin keçirilməsinə çox az qalıbdır. Hər gün daha çox dövlət başçısı, Bakıda keçiriləcək COP29-da iştirakla bağlı mövqelərini təsdiq edirlər. Bu da anti-Azərbaycan mərkəzlərdə daha çox aqressiya yaradır”.

Bu fikirləri AzNews.az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.

Millət vəkili qeyd edib ki, son dövrlərdə Azərbaycanın siyasi sisteminin autsayderləri olan bəzi qüvvələri də bu prosesə cəlb edirlər.

“Guya ki, Azərbaycanda siyasi məhbuslar, qeyri-qanuni həbs olunan insanlar var. Lakin bunların hamısı yalandır. Azərbaycan hüquqi dövlətdir. Ölkəmizdə hüquqdan kənar heç bir hadisə baş vermir, qanunu pozanlar isə hüquq çərçivəsində cəzalandırılırlar. Bu cür mərkəzlərin fəaliyyəti isə özlərinin ifşası ilə nəticələnir. Çünki bəlli olur ki, Azərbaycana qarşı qarayaxma kampaniyası bir mərkəzdən idarə olunurdu. Bu, Azərbaycanı sevməyən mərkəzlər idi. İslamofob, türkəfob mərkəzləri idi və onlar da özlərini ifşa etdilər. Azərbaycanın daxili siyasi sistemində də kimsə bunu təkrar edirsə, demək o da eyni mərkəzdən idarə olunur. Azərbaycan çox yüksək səviyyədə Beynəlxalq Tərəflər konfransını həyata keçirəcəkdir. Əminəm ki, COP29 tarixində nümunəvi, mühüm bir konfrans kimi yadda qalacaqdır”.

Seçilən
17
aznews.az

1Mənbələr