AZ

MY futbolçuları van Nistelroyun da qalmasını istəyir

“Mançester Yunayted”in futbolçuları Ruben Amorimin baş məşqçi kimi işə başlamasından sonra da hazırda komandaya rəhbərlik edən Ruud van Nistelroyun klubda qalmasını istəyirlər. Bu barədə “Sky Sports” məlumat yayıb.

Mənbənin sözlərinə görə, “Mançester Yunayted”in oyunçuları niderlandlını yeni məşqçilər korpusu ilə komanda arasında əlaqə kimi görür və van Nistelroyun futbolçularla ünsiyyət tərzini də yüksək qiymətləndirirlər. Klub rəhbərliyi də Ruuda davranışına görə böyük hörmət bəsləyir.

Portuqaliyalı Ruben Amorim noyabrın 11-dən “qırmızı şeytanlar”ın baş məşqçisi kimi fəaliyyətə başlamalıdır. İngiltərə klubu Amorimlə müqavilənin vaxtından əvvəl ləğvi üçün “Sportinq”ə sözləşməsindəki qeyd edilmiş kompensasiyanı da ödəyib.

Seçilən
6
futbolinfo.az

1Mənbələr