AZ

Zərdab rayonunda qanunsuz ağac kəsən və ov edən şəxslər saxlanılıblar

Zərdab Rayon Polis Şöbəsinin və 8 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər idarəsinin 
əməkdaşları tərəfindən birgə keçirilən tədbirlərlə rayonun Məlikli kəndi ərazisində qanunsuz olaraq ağac kəsən A.İsmayılov və  K.Mahmudov saxlanılıblar. 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, araşdırmalarla onların 5 ədəd yaş gövdəli ağacı kəsərək təbiətə 6 min manat ziyan vurduqları müəyyən edilib.

Şöbə əməkdaşları tərəfindən həmçinin rayonun Otmanoba kəndi ərasizində qanunsuz ov edən Ə. Rüstəmov və S.Müslümov da saxlanılıb. Həmin şəxslərdən ov tüfəngləri, patronlar və qanunsuz olaraq ovlanmış çöl quşları aşkar edilərək götürülüb.

Faktlarla bağlı Zərdab Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Seçilən
15
17
operativmedia.az

10Mənbələr