Erməni separatçı Akop Akopyanın fikrincə, beynəlxalq formatda keçirilən COP29 konfransı “girovlar və məhbuslar” (əslində terroçular - red.) məsələsini təbliğ etmək üçün yaxşı fürsətdir.
Musavat.com xəbər verir ki, bu barədə o, yerli “168 Jam” qəzetinə müsahibəsində bildirib.
“Sadaladığım məsələlərin gündəmə gətirilməsi və təbliği Paşinyan üçün prioritet olmalı idi, lakin təəssüf ki, iqtidar bu məsələləri qaldırmaq üçün nə istək, nə də kifayət qədər iradə nümayiş etdirir”, - deyə Akopyan bildirib.
“Bu konfransın keçiriləcəyi gün yaxınlaşdıqca ermənilər öz problemlərini daha intensiv şəkildə səsləndirməlidir”, - deyə keçmiş separatçı tipik erməni xislətini nümayiş etdirən sözlər sərf edib.
Musavat.com