AZ

"Carlsberg Azerbaijan" gömrük qaydalarını pozmaqda ittiham edilir

Dövlət Gömrük Komitəsi (DGK) "Carlsberg Azerbaijan" şirkəti barəsində inzibati protokol tərtib edib.

Valyuta.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə ittiham irəli sürülüb. 

İşə Abşeron Rayon Məhkəməsində baxılacaq. 

485.2-ci maddəyə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

"Carlsber Azerbaijan" MMC pivə istehsalını həyata keçirir. 

Hüseyn

Seçilən
24
12
valyuta.az

10Mənbələr