AZ

Gürcüstan-Rusiya quru sərhədi BAĞLANDI

Gürcüstan-Rusiya quru sərhədi ağır yük maşınları üçün bağlanıb.

İnterpress.az xəbər verir ki, bu barədə gürcü mediası məlumat yayıb. Bildirilir ki, Dəryalı-Yuxarı Larsdan keçən Gürcüstan-Rusiya quru sərhədi ağır yük maşınları üçün bağlıdır.

Gün ərzində qarın yağması səbəbindən yolun sərnişin avtomobilləri üçün bağlana biləcəyi gözlənilir.

Sinoptiklərin məlumatına görə, ərazidə güclü külək əsəcək, qar yağacaq.

Artıq havanın temperaturu -5°-yə enir, yollarda buz əmələ gəlir. Belə ki, qış təkərlərinin istifadəsi məcburidir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
23
interpress.az

1Mənbələr