AZ

Peskov: ABŞ-nin əlində heç bir sübut yoxdur

“ABŞ-də  KXDR hərbçilərinin Ukraynada döyüşlərdə iştirakını iddia edirlər. Lakin bu iddialar sübutlarla təsdiqlənmir. Buna görə də Kreml məsələyə münasibət bildirmir”.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bunu  Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib: “Mən bu mövzuda heç nə deməyəcəyəm.Amerika tərəfinin yekun təsdiqi yoxdur”, – deyə  Kreml nümayəndəsi bildirib.

Peskov daha sonra qeyd edib ki, Vladimir Putinin Kazanda keçirdiyi mətbuat konfransında söylədiklərinə əlavə ediləcək heç nə yoxdur.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
9
konkret.az

1Mənbələr