ABŞ Fələstin HƏMAS hərəkatının Misirin Qəzzada qısamüddətli atəşkəs təklifini rədd etməsi barədə məlumat verməsinə baxmayaraq vasitəçilər razılığa gəlmək üçün danışıqları davam etdirirlər. Bu barədə “The Times of Israel”ə məsələ ilə bağlı məlumatlı diplomatik mənbə bildirib.
Mənbə deyib ki, razılaşmaya nail olmaq üçün bütün variantlar masa üzərindədir və tərəflər razılığa gəlmək üçün ABŞ-da keçirilən seçkilərin nəticələrini gözləyirlər. Seçkilərdə Tramp qalib gələcəyi halda HƏMAS-ın atəşkəslə bağlı daha sərt şərtlər irəli sürəcəyi ehtimal edilir. Buna səbəb Trampın münaqişənin həllində İsrailə yardım etməyəcəyini bildirməsidir.
Oxuməni.az