AZ

“Xaska-10” hoverkraftının dəniz sınaqları tamamlanıb

Rusiyanın “Kalaşnikov” konserni “Xaska-10” hoverkraftının dəniz sınaqlarının yekunlaşdırıb.

Bu barədə “Poliqon” “Kalaşnikov” konserninə istinadən xəbər verib.

“Xaska-10”, Rusiyanın Sənaye və Ticarət Nazirliyinin 2013-2030-cu illər üçün dəniz yataqlarının işlənməsi ilə əlaqədar gəmiqayırma və avadanlıqların inkişafı dövlət proqramı çərçivəsində yaradılıb. “Xaska-10” Arktikada, Rusiyanın Uzaq Şimalında və suyun dayaz olduğu yerlərdə həm yüklərin, həm də sərnişinlərin daşınması üçün hazırlanıb.

Belə ki, gəmi ilkin olaraq mülki müştərilər üçün nəzərdə tutulsa da, “Ordu-2020” Beynəlxalq Hərbi-Texniki Forumunda Rusiyanın Hərbi Dəniz Qüvvələri də “Xaska-10”a maraq göstərib. Rusiya tərəfindən bu hoverkraft ölkə xaricində ilk dəfə 2021-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilmiş IDEX müdafiə sənayesi sərgisində nümayiş olunub.

“Xaska-10” hoverkraftının texniki xüsusisiyyətləri:

Uzunluğu – 23.7 m

Eni – 13.6 m

Hündürlüyü – 7.9 m

Maksimum sürəti – 40 knot

30 knot sürətlə qət edə bildiyi məsafə – 400 mil

Yük götürmə qabiliyyəti – 10 t

Su basımı – 46.2 t

Şəxsi heyət – 3 nəfər

Daşınan personal sayı – 12 nəfər

Əsas mühərrik – 2×1100 hp və ya 2×1500 hp

Əlavə təminat olmadan suda fəaliyyət göstərmə müddəti – 3 gün

Seçilən
20
poliqon.az

1Mənbələr