AZ

Bakı-Xırdalan-Sumqayıt-Bakı marşrutu üzrə qatarların hərəkət qrafiki dəyişir

Bakı. Trend:

"Azərbaycan Dəmir Yolları" QSC noyabrın 11-22-də Bakıdakeçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə KonvensiyasınınTərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi iləəlaqədar iki qatarın ehtiyatda saxlanması məqsədilə 11-23 noyabrtarixlərində Bakı-Xırdalan-Sumqayıt-Bakı marşrutu üzrə qatarlarınhərəkət qrafikinə dəyişiklik edilir.

Trendbu barədə səhmdarcəmiyyətinə istinadən xəbər verir.

Belə ki, qeyd edilmiş müddət boyunca həftənin iş günlərində (işgünü elan edilmiş 16 və 23 noyabr tarixləri daxil olmaqla):

• Bakıdan saat 08:10, 17:50 və 19:05,

• Sumqayıtdan saat 07:20,

• Xırdalandan isə saat 08:40 və saat 18:20 reysləri müvəqqətiolaraq ləğv edilir.

Xırdalan istiqamətində və Bakı-Pirşağı-Sumqayıt-Bakı marşrutuüzrə hərəkət edən digər qatarların hərəkət qrafiki dəyişiklikedilmədən qüvvədə saxlanılır.

Seçilən
28
33
az.trend.az

10Mənbələr