Almaniyada Saksoniyanın Almaniyadan ayrılmasına hazırlaşan separatçılar həbs edilib
Almaniyada sağçı ekstremist terrorçu Sakson Separatçı qruplaşmasının 8 üzvü həbs edilib.BILD-in məlumatına görə, təşkilat 2020-ci ilin noyabrından gec olmayaraq yaradılıb və 15-20 nəfərdən ibarət olub.
“Onun üzvləri Almaniya Federativ Respublikasının əsas azad demokratik nizamını dərindən rədd edirlər. Qrupun nöqteyi-nəzərindən Almaniyanın “dağılmaq” astanasında olduğu və X günündə dövlət və sosial çöküşün baş verəcəyinə şübhə yoxdur”, - Almaniya Baş Prokurorluğu bildirib.Departamentin məlumatına görə, qrup Saksoniyadakı və ola bilsin ki, digər Şərqi Almaniya əyalətlərindəki əraziləri silah gücü ilə ələ keçirməyi planlaşdırıb.
Orada nasional-sosializm ruhunda dövlət yaradılmalı idi.
* “Rus dilində BILD” Rusiya Ədliyyə Nazirliyi tərəfindən 26 iyul 2024-cü il tarixində xarici agentlərin reyestrinə daxil edilmişdir.
aia.az
Tərcümə şöbəsi