AZ

“Harris qalib gəlsə, “X” bağlanacaq”- MASK

“ABŞ-ın vitse-prezidenti Kamala Harris prezident seçkilərində qalib gəlsə, “X” sosial şəbəkəsinin mövcud olmasına imkan verməyəcək”.

Azpost.info xəbər verir ki, bunu amerikalı sahibkar İlon Mask deyib.

“ABŞ-da senzura təşkilatları var. Onlar reklamçıları X-i boykot etməyə məcbur edirlər. Əgər Harris qalib gəlsə, boykot getdikcə güclənəcək və onlar bizi bağlayacaqlar”, – Mask bildirib.

Onun sözlərinə görə, Harris hökuməti “X”-i bloklamaq üçün dezinformasiya və nifrət nitqi ilə mübarizə arqumentindən istifadə edəcək.

Azpost.info

Seçilən
15
azpost.info

1Mənbələr