AZ

İranda qisas əməliyyatı: 8 nəfər öldürüldü

İranın Sistan və Bəlucistan əyalətində 14 nəfər polis qüvvələrinə silahlı hücuma görə həbs edilib.

Axar.az xəbər verir ki, bu barədə SEPAH rəsmisi Əhməd Şəfayi məlumat yayıb.

“Son 1 həftə ərzində “Təhlükəsizlik keşikçiləri” əməliyyatı nəticəsində 8 terrorçu öldürülüb, 14-ü isə saxlanılıb”, - o bildirib.

Qeyd edək ki, oktyabrın 26-də İranın Sistan və Bəlucistan əyalətinin Təftan rayonunun Qohərkuh bölgəsində silahlı qruplaşma üzvlərinin hücumu nəticəsində 10 polis əməkdaşını həlak olub.

Hücumun məsuliyyətini etnik bəlucların “Ənsar əl-Furqan” silahlı təşkilatı öz üzərinə götürüb.

Seçilən
29
2
axar.az

3Mənbələr