Amerikalı sahibkar İlon Mask bildirib ki, Kamala Harris ABŞ prezident seçkilərində qalib gəlsə, Amerika hakimiyyəti “X” sosial şəbəkəsinin bağlanmasına nail olacaq. O, bu barədə amerikalı teleaparıcı Co Roqanın podkastında bildirib.
Maskın sözlərinə görə, Birləşmiş Ştatlarda “Virtual Məkanda Nifrət Nitqinə Qarşı Mübarizə Mərkəzi” kimi senzura təşkilatları var. Mask bunu Corc Oruellin “1984” antiutopik romanındakı Həqiqət Nazirliyi ilə müqayisə etdi.
“Reklamçıları [sosial X şəbəkəsini] boykot etməyə məcbur edirlər. Harris qalib gəlsə, boykot tendensiyasının gücləndiyini görəcəyik və bizi bağlayacaqlar. Kamala rejimi “X”-in mövcud olmasına imkan verməyəcək”, – Mask deyib.
Noyabrın 1-də bildirildi ki, Mask Tramp seçkiləri uduzacağı təqdirdə ABŞ hakimiyyət orqanlarının ondan qisas almağından qorxur. Bu mövzu ətrafında gedən müzakirələrdə, xüsusən də Maskın miqrasiya sənədlərində (Mask Cənubi Afrikada doğulub böyüyüb. – Red.) “yalan danışdığı” ortaya çıxarsa, onun ABŞ vətəndaşlığının ləğv oluna biləcəyi təklif edilib. "Bu, 100% ehtimaldır"- dedi Mask.
2024-cü il Amerika prezidentliyi kampaniyasında Mask Respublikaçı namizəd Donald Trampın çox gözə görünən tərəfdarına çevrildi.
Almaz Həsənli