1945-ci ilin yazında Berlinin süqutu yaxınlaşdıqca Hitlerin yaxın ətrafı Fürerbunkerə toplaşdı və fürerin intihar etdiyi və cəsədinin həyat yoldaşı Eva Braunla birlikdə yandırıldığı elan edildi.
İndex.az xəbər verir ki, bu intihar xəbərinin mənbəyi Hitlerin katibinin, köməkçilərinin və digər yaxın həmkarlarının açıqlamaları olub.
Hitlerin ölümündən sonra Sovet İttifaqı cəsədi ələ keçirdiklərini iddia etdi və onu ətraflı şəkildə araşdırdıqlarını bildirdi. Bu dövrdə hətta Sovet lideri Stalin də müttəfiqlərlə görüşdə Hitlerin ölümünə şübhə ilə yanaşdığına eyham vurmuşdu.
Sovetlər ətraflı müayinə üçün Hitlerin bədənindən diş qalıqlarını saxladılar və şəxsiyyətlərini yoxlamaq üçün bu dişləri geniş şəkildə araşdırdılar. Lakin illər sonra bu qalıqların araşdırılması nəticəsində cəsədin Hitlerə deyil, qadına aid ola biləcəyi qənaətinə gəlindi. 2009-cu ildə amerikalı tədqiqatçılar Hitlerin iddia edilən ölümünə aid diş qalıqlarını araşdırdılar və təəccüblü şəkildə qalıqların əslində gənc qadına aid ola biləcəyini irəli sürdülər. Bu iddia Hitlerin Argentinaya qaçmış ola biləcəyi nəzəriyyəsini yenidən gündəmə gətirdi.
Soyuq Müharibə zamanı, xüsusən 1950-ci illərdə CIA-ya çatan bəzi iradlarda Hitlerin Argentinada yaşadığına dair şayiələr də yer alırdı. Məsələn, 1955-ci ildə bir informator MKİ-yə Hitlerin Argentinada əkin sahələrində gizləndiyini bildirdi. Bu bildirişdəki təfərrüatlar və fotoşəkil Hitlerin fotoşəkilləri ilə müqayisə edildi, lakin bu iddia sübut oluna bilmədiyi üçün fayl bağlandı.
Mərkəzi Kəşfiyyat İdarəsi bu iddiaları araşdırsa da, Hitlerin Cənubi Amerikada gizləndiyinə dair konkret dəlil tapa bilməyib. Ancaq bu cür iddialar, Hitlerin Cənubi Amerikaya qaçan digər nasistlərin izinə düşərək, eyni marşrutdan qaçdığı və Argentinada yaşaya biləcəyi fikrini alovlandırdı.
Sovet İttifaqı əsgərlərinin Berlini alacağı məlum olanda, bir çox yüksək rütbəli nasist məmurları Cənubi Amerikaya qaça bildilər. Adolf Eichmann, Josef Mengele kimi adlar Argentina və Braziliya kimi ölkələrə sığınıb və uzun illər bu bölgələrdə gizlənməyi bacarıblar. Xüsusilə Argentina Xuan Peron hökuməti sayəsində qapılarını nasist zabitlərinə açdı. Peronun Almaniyaya rəğbət bəsləməsi və Cənubi Amerika ölkələrində faşizmə yaxın hökumətlərin mövcudluğu bu bölgəni nasistlərdən qaçmaq üçün ideal bir sığınacaq etdi. Bu fakt Hitlerin də oxşar yoldan getdiyi nəzəriyyəsini dəstəkləmək üçün istifadə edilmişdir.
Digər tərəfdən, Fürerbunkerdəki şahidlərin ifadələri Hitlerin əslində intihar etdiyini göstərən mühüm detallar verir. Oradakı şahidlər Eva Braunun sianid içərək həyatına son qoyduğunu, Hitlerin isə silahla intihar etdiyini bildiriblər. Cəsədlərin yandırıldığı deyilərkən, Führerbunkerdəki bəzi əsgərlər bu prosesi ətraflı şəkildə izah etdilər. Əsgərlər Hitlerin cəsədinin ölümündən sonra yandırıldığını və bu detalların da sonrakı araşdırmalarla üst-üstə düşdüyünü bildiriblər.
Xüsusilə nasist Almaniyasının süqutundan sonra mediada və populyar mədəniyyətdə Hitlerin sağ olduğu və qaçdığı iddiaları yer almağa davam etdi. 1970-ci illərdə CIA və FTB arxivləri ictimaiyyətə açılanda Hitlerin qaçması ilə bağlı bəzi xəbərlər və iradlar ortaya çıxdı. Məsələn, FTB sənədində Hitlerin Argentinaya qaçdığı və yeni kimlik altında yaşadığına dair müxtəlif məktublar və şahid ifadələri var idi. Lakin bu sənədlərin heç biri yoxlanılmış məlumat deyildi, yəni sadəcə şayiələr idi və sübut oluna bilməzdi.
Həm Sovetlərin, həm də Müttəfiqlərin əlində olan şahid ifadələri və fiziki qalıqlar qaçış nəzəriyyəsini təkzib edən ən güclü dəlillərdən sayıla bilər. Ancaq diş qalıqları ilə bağlı müzakirələr bu sui-qəsd nəzəriyyələrinin zaman-zaman yenidən gündəmə gəlməsinə səbəb olur.