ABŞ-da prezident seçkiləri başlayıb və artıq ilk seçki məntəqəsindən – Nyu-Hempşirin kiçik Diksvill Noç qəsəbəsindən nəticə məlumdur.
Editor.az bildirir ki, bu barədə “European Pravda” məlumat yayıb. Nyu-Hempşirin şimal ucunda ABŞ-Kanada sərhədi boyunca yerləşən icma 1960-cı ildən bəri davam edən ənənəyə uyğun olaraq seçki məntəqəsini gecə yarısından dərhal sonra açıb bağlayır.
Səsvermədə dörd respublikaçı və iki elan edilməmiş seçici iştirak edib. Vitse-prezident Kamala Harris və keçmiş prezident Donald Tramp hərəyə üç səs alıb.
Ənənəvi olaraq, Dixville Notch-də bütün səsvermə hüququna malik olanlar gizli səs vermək üçün hazırda fəaliyyət göstərməyən Balsams Hoteldə toplaşırlar. Hər səsvermədən sonra səslər hesablanır və nəticələr dərhal elan edilir. Bu, ABŞ-ın hər yerindən bir neçə saat əvvəl baş verir. Dixville Notch-də seçicilər son iki prezident seçkilərində Demokratların namizədini dəstəkləyiblər. 2020-ci ildə onlar yekdilliklə prezident Co Baydenə beş səs verdilər, 2016-cı ildə isə Hillari Klinton yeddi səsdən dördünü alıb. İkisi Trampa, biri isə Libertar Partiyasının namizədi Qari Consona verilib.
//Samir Qurbanov, Editor.az