AZ

Soyuq mövsümdə xəstələnməmək üçün hansı qidaları yeməliyik?

Diyetoloq Kayl Kroulinin “soyuq mövsümdə” immunitet sistemini gücləndirmək üçün xüsusilə vacib olan qidaların adını çəkib.

Medianews.az “Daily”yə istinadən xəbər verir ki, sözügedən qidaların tərkibində bağırsaq mikrobiomuna müsbət təsir göstərən probiotiklər var.

Kayl Kroulinin sözlərinə görə, qatıq və duzlu kələm probiyotiklərlə zəngindir.

Soyuq mövsümdə, həkimə görə, istehlak edilən sitrus meyvələrinin miqdarını, həmçinin qaragilə, sarımsaq, zəncəfil, yarpaqlı göyərti, qoz-fındıq və toxumları artırmağa dəyər.

Bu məhsulların tərkibində faydalı vitaminlər, minerallar və antioksidantlar: iltihab əleyhinə təsir göstərən və zədələnmiş hüceyrələri bərpa edə bilən təbii maddələr var. Diyetoloq əlavə edib ki, pəhriz əlavələri sağlamlıq üçün faydalı ola bilər, lakin qida maddələrinin çoxunu qidalardan almaq lazımdır.

Seçilən
44
medianews.az

1Mənbələr