AZ

Azərbaycan İlahiyyat İnstitutunun müəllimi beynəlxalq simpoziumda iştirak edib

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) yanında Bakı İlahiyyat Kollecinin (BİK) direktor müavini, Aİİ İslamşünaslıq kafedrasının müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Əhmədzadə onlayn formatda təşkil olunan beynəlxalq simpoziumda iştirak edib. 

Türkiyənin Karabük Universitetinin təşkil etdiyi Qazi Əbdülcabbar Simpoziumu “Microsoft Teams” proqramı üzərindən keçirilib. Beynəlxalq tədbirdə dünyanın müxtəlif ölkələrindən alimlər, ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər. 

Mötəzilə məktəbinin alimi hesab edilən Qazi Əbdülcabbara həsr olunmuş simpozium 1-3 noyabr tarixlərində baş tutub. Tədbirin açılış mərasimindən sonra panellər onlayn şəkildə davam edib. 

Aİİ İslamşünaslıq kafedrasının müəllimi Faiq Əhmədzadə “Kadı Abdülcebbara göre Kuranı anlama sorunu” (“Qazi Əbdülcabbara görə Quranı anlamaq məsələsi”) mövzusunda məruzə ilə çıxış edib. 

Məruzəçi Quranı oxuyub-anlamaq üçün vacib hesab edilən mövzulara toxunub. O, qeyd edib ki, Quranın düzgün başa düşülməməsi, bəzi inanc problemlərinə səbəb ola bilər. F.Əhmədzadə həmin problemlərin həlli yolları ilə bağlı məşhur İslam alimi Qazi Əbdülcabbarın fikirləri barədə ətraflı məruzə edib. 

Seçilən
20
xalqqazeti.az

1Mənbələr