AZ

“Air France” naməlum obyektə görə Qırmızı dəniz üzərində uçuşları dayandırıb

Fransanın “Air France” aviakompaniyası Qırmızı dəniz üzərində görünən işıqlı cismə görə həmin zonada uçuşlarını dayandırıb.

Bu barədə aviakompaniyanın mətbuat xidməti məlumat yayıb.

“Air France” ehtiyat tədbiri çərçivəsində Qırmızı dəniz üzərində uçuşlarını növbəti bildirişədək dayandırmaq qərarına gəlib”, - deyə aviakompaniyanın sosial media hesabında yayımlanan bəyanatında bildirilir.

“Bu qərar ekipajın Sudan üzərində yüksək hündürlükdə işıq saçan obyektin uçduğunu gördükdən sonra verilib”, - deyə mətbuat xidməti əlavə edib.

Bu səbəbdən “Air France” bəzi reyslərin marşrutlarını dəyişdirib, artıq uçuşda olan təyyarələri isə qalxdıqları hava limanlarına qaytarıb.

Qeyd edək ki, “Air France” oktyabrın 1-də İranın İsrailə raket hücumu zamanı hava məkanını müvəqqəti bağlayan İraq üzərindən uçuş həyata keçirilməsi ilə bağlı daxili təhqiqata başlayıb.

Seçilən
48
2
xalqqazeti.az

3Mənbələr