AZ

Politoloq: Orban Aİ-də alternativ düşüncənin lideri rolunu oynayır

AB-nin rəhbərliyi Macarıstanda dövlət çevrilişi etmək istəyir. Bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. Siyasətçi vurğulayıb ki, Brüssel nümayəndələri Budapeştdə marionet hökumət qurmağı hədəfləyir. Orban vətəndaşları tətbiq olunan qaydalara müqavimət göstərməyə çağırıb. Qeyd edək ki, Macarıstan Avropa Şurasına sədrlik edəndən sonra Budapeşt və Brüssel arasında gərginlik kəskinləşib. 

Politoloq Turan Rzayev “Sherg.az”a söyləyib ki, Viktor Orban Avropa İttifaqında alternativ düşüncənin lideri rolunu oynayır:

“Bu gün Aİ daxilində Rusiya-Ukrayna müharibəsinə birliyin dəstək verməsini tələb edənlər qədər, həmin yardım nəticəsində ittifaq ölkələrinə ziyan verəcəyini, qlobal müharibənin olacağını düşünənlər də çoxdur. Viktor isə həmin düşüncənin lideri olaraq çıxış edir. Ona görə də Viktor Orbana sui-qəsd olma ehtimalı var. Həmçinin çevriliş də həyata keçirilə bilər. Sözügedən fikirlərin heç biri populist çıxışlar deyil. Viktor Orbanın ardıcıl olaraq Ukrayna, Rusiya və Çinə səfərləri və Azərbaycana gəlməsi Avropa İttifaqında xoş qarşılanmadı. Bu baxımdan Macarıstanda çevriliş etmək istəyənlər var. Amma Viktor Orbanı devirmək asan məsələ deyil. Çünki Orban kifayət qədər təcrübəli siyasətçidir və Aİ-dan əlavə Macarıstanın Şərq dövlətləri ilə münasibətlərində, türk dünyasının birləşməsində müstəsna xidmətləri var. Əgər Viktor Orban sözügedən fikirləri səsləndirirsə, deməli belə hallar baş verib və Viktor Orban qarşısını alıb”.
Seçilən
23
sherg.az

1Mənbələr