AZ

Politoloq: "Türk Dövlətləri Təşkilatı Avropa ilə Asiyanın onurğasıdır"

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirak etmək üçün Qırğız Respublikasına səfər edib. 

Azərbaycan dövlətinin təşkilata böyük önəm verdiyi açıq şəkildə görünür, dilə gətirilir. 

Türk Dövlətləri Təşkilatının dünya və region üçün əhəmiyyəti haqqında politoloq Sədrəddin Soltan Demokrat.az-a danışıb.

O deyib ki, Türk Dövlətləri Təşkilatı təkcə üzv ölkələr üçün deyil, eyni zamanda dünya üçün də əhəmiyyətlidir:

“Təşkilat Avropa ilə Asiyanın onurğasıdır, kəməridir. Əsas nəqliyyat vasitələrinin keçdiyi və keçəcəyi ərazidir. Təşkilatın mövcudluğu dövlətlərin iqtisadi əlaqələrini inkişaf etdirmək, sosial-mədəni əlaqələri genişlətmək üçün faydalıdır. Bu ölkələrdəki türk xalqlarının mədəni, sosial, dil, əlifba olaraq yaxınlaşmasına təkan verilir.
Vaxtı ilə İsmayıl Qaspıralı "Tərcüman" qəzetini dünyanın hər yanından türklərin oxuyub başa düşdüyünü bildirirdi. Çünki ortaq dil, əlifba var idi". 

O, qeyd edib ki, SSRİ-nin yaranması ilə türk dövlətləri arasında əlaqə sanki kəsildi:

"Türklər bir-biri ilə yaxınlaşmaqdan çəkindilər. Çünki onları birlikdə görəndə "pantürkizm" damğası vurub, məsuliyyətə cəlb edirdilər. 

Türk Dövlətləri Təşkilatı "pantürkizm" damğası vurmaq istəyənlərə sübut etdi ki, bütün türklərin birliyinin heç kimə ziyanı yoxdur, əksinə qlobal və regional baxımdan faydası var. Dünyanın təhlükəsizliyi üçün Türk Dövlətləri Təşkilatı böyük imkana malikdir. Bunu müxtəlif regional layihələrlə də təsdiqləyirlər".


Əfsanə Kamal
Demokrat.az
Seçilən
8
demokrat.az

1Mənbələr