AZ

COP29-un keçirilməsi Azərbaycanın dünya arenasında nüfuzunu vurğulayır - Xaled Akaşeh

Bakı. Trend:

COP29-un keçirilməsi Azərbaycanın dünya arenasında nüfuzunuvurğulayır.

Trend xəbər verir ki, bunuVatikanın Dinlərarası dialoq üzrə Papa Şurasının İslam üzrə başeksperti monsenyor Xaled Akaşeh Dini liderlərin Qlobal BakıSammitində deyib.

“Bu konfrans böyük əhəmiyyətə malikdir və biz bu tədbirəhazırlıq çərçivəsində dini liderlərin görüşünü təşkil edirik ki, buda onun əhəmiyyətini daha da artırır. COP29-un keçirilməsiAzərbaycanın dünya arenasında nüfuzunu vurğulayan böyük beynəlxalqhadisədir”, - o qeyd edib.

Qeyd edək ki, Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlimDəyişikliyi Konfransı (COP 29) çərçivəsində AzərbaycanRespublikasının Ekologiya və Təbii sərvətlər Nazirliyi, Diniqurumlarla iş üzrə Dövlət Komitəsi, Beynəlxalq Müsəlman AğsaqqallarŞurası, Qafqaz Müsəlmanları İdarəsi və BMT-nin Ətraf mühit Proqramıtərəfindən Dini Liderlərin Qlobal Bakı Sammiti keçirilir.

Sammitdə 30-a yaxın dünya və ənənəvi dinlərin liderləri, nüfuzludini mərkəzlərin başçıları - Patriarxlar, Vatikan və Əl-Əzhərrəsmiləri, müxtəlif qitələri, konfessiyaları təmsil edən və dünyamiqyasında tanınmış görkəmli din və ictimaiyyət xadimləri,ümumilikdə 55 ölkəni və 30 beynəlxalq təşkilatı təmsil edən dövlət,elm və din xadimləri, həmçinin, KİV nümayəndələrinin iştirakınəzərdə tutulur.

Seçilən
16
2
az.trend.az

3Mənbələr