AZ

"Norveçə yaxşı nəticə dalınca gedirik" - Bədavi Hüseynov

UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunda "Budyo Qlimt"in qonağı olacaq "Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynov oyun barədə fikirlərini bölüşüb.

Milli üzvü Fanat.Az-a açıqlama verib:

"Budyo Qlimt" çox yaxşı komandadır. Onlar ev oyunlarını süni örtükdə keçirirlər. İstənilən rəqib üçün səfərdə bu komanda ilə üz-üzə gəlmək çox çətindir.

Norveçə yaxşı nəticə dalınca gedirik. Düşünürəm ki, artıq vəziyyəti düzəldə bilərik. Açığı, Avropa Liqasına belə start verəcəyimizi gözləmirdik. 3 oyun keçirsək də, xal qazana bilməmişik. Amma əsas odur ki, oyun planında ciddi problemlərimiz yoxdur. Qol vəziyyətləri yarada bilirik. Realizə ilə bağlı çatışmazlıqların qaydasına düşcəyinə inanıram. Oyundan-oyuna "artıracağıq". Psixoloji baxımdan hər şey qaydasındadır, səfər yaxşı əhvalla yollanırıq. Fikrimcə, "Turan Tovuz"a qarşı süni meydanda kemirdiyimiz çempionat oyununun da "Budyo Qlimt"lə görüş ərəfəsində bizə faydası olacaq".

Qeyd edək ki,  "Budyo Qlimt" - "Qarabağ" oyunu noyabrın 7-də, saat 21:45-də başlayacaq.

Nihat

Seçilən
10
fanat.az

1Mənbələr