AZ

“Yelo Bank”dan bayrağımıza böyük hörmətsizlik – Foto

“Yelo Bank”ın binasının qarşısında dalğalanan Azərbaycan bayrağını külək yerə salsa da, bankdan heç kəs bayrağı yerdən qaldırmayıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə Feysbuk sosial şəbəkəsində Pərvanə Kazımzadə yazıb. O bildirib ki, külək bayrağı saat 07.50-də aşırsa da, saatlarla bayraq yerdə qalıb:

“Bu boyda binadan biri çıxıb bu Bayrağımızı niyə götürmür? Saat 07.50 külək səbəb olub-deyib keçməyək. Çox söz yazardım. Yazılan fikirlərə görə belə qənaətə gəldim ki, qeyri iş saatında – küləkdə, yağışda, qarda Bayrağa hər şey etmək olar. 44 günlük müharibədə oğullar qeyri iş saatında, qeyri iş günündə, qarda, yağışda və məhz Noyabr ayının bu günlərində şəhid olub – Qarabağın hər kəndində, rayonunda Bayrağımızı dalğalandırırdılar”.

Nigar

image-tia_fbc3432ca67a8027c47f4c5d53befba2_3hfrwgck0z65jnt29mvx

Seçilən
12
1
busaat.az

2Mənbələr