AZ

Fərhad Rəcəbli 12-ci dəfə dünya çempionu oldu

Azərbaycan təmsilçisi Fərhad Rəcəbli (90 kq) 12-ci dəfə veteran cüdoçular arasında dünya çempionatının qalibi olub.

Arena.az xəbər verir ki, o, Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində keçirilən mundialın M8 kateqoriyasında fərqlənib.

Fərhad Rəcəbli ilk görüşündə yerli Lorenso Şippdən güclü olub. Veteran cüdoçu ardınca üç fransalı – Filip Juni, Mişel Dumortye və Alan Dayezə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, Las Veqasdakı dünya çempionatı noyabrın 7-də başa çatacaq.

Seçilən
24
10
arena.az

10Mənbələr