AZ

AFFA Premyer Liqa klublarını cərimələdi

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

"Operativ Media" xəbər verir ki, komitə Misli Premyer Liqasının 12-ci turunda keçirilən oyunlarda baş verənlərə hüquqi qiymət verib.

“Neftçi” ilə görüşün 90+3-cü dəqiqəsində ikinci sarıdan qırmızı vərəqə alan “Araz-Naxçıvan”ın oyunçusu Turan Vəlizadə 1 oyunluq cəzalanıb, klubu 500 manat cərimələnib.

Qarşılaşmanın 30-cu dəqiqəsində azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Neftçi” 800 manat cəriməyə məruz qalıb.

“Qarabağ”la ev matçında azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edilən “Turan Tovuz” 1500 manat cərimə ödəyəcək. Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğundan, tovuzlular əlavə 800 manat cərimə olunub. “Qarabağ”ın azarkeşləri isə 8 ədəd oturacağı sındırıb. Buna görə dəymiş zərər “Qarabağ” tərəfindən ödəniləcək.

“Səbail”lə qarşılaşmada 4 futbolçusu sarı vərəqə alan “Kəpəz” 700 manat cərimələnib.

Seçilən
30
operativmedia.az

1Mənbələr