AZ

“Bu zərbələr böyük toqquşma riskini yüksəldir”

“Bu

“İranla İsrail arasında növbəti toqquşma mümkündür”.

Bunu xalqcəbhəsi.az-a açıqlamasında araşdırmaçı-jurnalist Kənan Rövşənoğlu deyib.

O, bildirib ki, bu daha çox ABŞ-dakı seçkilərdən asılı olacaq: “İran prezidenti deyib ki, atəşkəs olsa İran vurmaya bilər. Keçən dəfə də bu şərti irəli sürmüşdülər. Bu diplomatik gedişdir, İranın əlini gücləndirməyə xidmət edir. Proseslərin gedişindən asılı olaraq İranın yenidən İsraili vurması mümkündür. Amma bu şəkildə zərbələr getdikcə təbii olaraq hər dəfə daha da şiddətli olur və bu da böyük toqquşma riskini yüksəldir.

İsrail ötən il oktyabrın 27-də Qəzzaya hücum edəndə Netanyahu elan etmişdi ki, müharibə 3 aya bitəcək, amma artıq 13 aydır davam edir və bitmir. Qəzzanı tam nəzarətə götürmək mümkün olmadı, əvəzində İsrail orda böyük dağıntı və fəlakətə səbəb oldu. Buna görə də dünyadakı, xüsusən də Qərbdəki həlledici dəstəyini itirməkdədir. Üstəlik bu gedişatla Qəzzada müharibənin nə zaman bitəcəyi məlum deyil. Həmas hələ də müqavimət göstərir, partizan müharibəsi aparır.

Livanda vəziyyət isə daha mürəkkəbdir, İsrail ordusu 1 aydan çoxdur ki, “yaşıl zonaya” çıxa bilmir, Livan-İsrail sərhədindən Litani çayına təxminən 30 kilometr məsafə var, amma bir aydır hələ cüzi məsafə qət olunub, Livanda güclü müqavimət var. Üstəlik atəşkəs üçün beynəlxalq təzyiq də güclüdür. Hətta mümkündür yaxın günlərdə Livanda atəşkəs olsun”.

Xalqcəbhəsi.az

Seçilən
17
xalqcebhesi.az

1Mənbələr