AZ

"Carlsberg Azerbaijan" gömrük qaydalarını pozmaqda ittiham edilir

Dövlət Gömrük Komitəsi (DGK) "Carlsberg Azerbaijan" şirkəti barəsində inzibati protokol tərtib edib.

Teleqraf.com xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə ittiham irəli sürülüb.

İşə Abşeron Rayon Məhkəməsində baxılacaq.

485.2-ci maddəyə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

"Carlsber Azerbaijan" MMC pivə istehsalını həyata keçirir.


Müəllif: Teleqraf.com
Seçilən
16
12
teleqraf.com

10Mənbələr